Bu ölkədə yeni virus YAYILIR
Efiopiyada ilk dəfə yoluxucu Marburq virusunun yayılması rəsmən təsdiqlənib.
Adalet.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, ölkənin cənub bölgəsində - Cənubi Sudan sərhədi yaxınlığında tibb işçiləri də daxil olmaqla doqquz nəfərdə virus aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, müəyyən olunan virus Şərqi Afrikada əvvəlki epidemiyalarda rast gəlinən ştamla eynidir. Təşkilat hadisəyə reaksiyadan ötrü Efiopiyaya ehtiyat fondlarından 300 min dollar ayırıb və tibbi ləvazimatlar göndərib.
Məlumata əsasən, ölkənin sərhədlərində sanitar və karantin nəzarəti gücləndirilib. Bununla yanaşı, Marburq virusunu müəyyən etmək üçün test sistemi hazırlanıb və xəstəlikdən qorunma məqsədilə vaksin üzərində iş aparılıb.
Digər Xəbərlər
13 Dekabr 2025 15:00
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb - VİDEO
10 Dekabr 2025 14:20
“Ev şəraitində hazırlanan turşular risk kateqoriyasına daxildir...”
09 Dekabr 2025 11:54
Onkoloji xəstəliklərin müalicəsinin Xidmətlər zərfinə daxil edilməsi üçün layihə hazırlanır
08 Dekabr 2025 16:38
Nazirlik məşhur klinikada yoxlama keçirdi - Lisenziyası olmadığı üzə çıxdı
08 Dekabr 2025 11:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
07 Dekabr 2025 21:14
Tox qarına yatmaq sağlamlıq üçün risklidir
03 Dekabr 2025 13:46
Ləman Qulamova komadan ayıldı
02 Dekabr 2025 10:10


Bakı -°C

