03 Dekabr 2024 17:18
180
DÜNYA

Bu ölkələr Suriyaya görə Dohada toplanır

İran, Türkiyə və Rusiya arasında Suriyadakı vəziyyətlə bağlı Astana formatı çərçivəsində danışıqlar dekabrın 7-8-də Dohada baş tuta bilər.

Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. 

"Çox güman ki, növbəti həftənin əvvəlində (7-8 dekabr) Dohada İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək, görüş Astana formatı çərçivəsində baş tutacaq", - o, ifadə edib.