Bu savaş Ermənistanın silahlanmasına təsir edə bilər - PROQNOZ
jpg-1745923543.jpg)
Məlumdur ki, Hindistan-Pakistan arasında gərginlik artıb və müharibə risqi yaranıb. Hindistan dərhal silahlanmağa başlayıb və bir o qədər zəngin cəbbəxanası olduğuna baxmayaraq yeni silah müqavilələri imzalayıb.
Məsələn, Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Fransayla 7,3 milyard dollarlıq müqavilə imzalayıb.
Pakistanla qarşıdurma Hindistanın Ermənistana silah tədarükünə təsir edə bilər .
Hazırda erməni siyasiləri, politoloq və ekspertləri Pakistanla qarşıdurma Hindistanın Ermənistana silah tədarükünə təsir edə biləcəyini müzakirə edir.
Xatırladırıq ki, Ermənistan Hindistan silah və hərbi texnikasının ən böyük istehlakçısından biridir və Hindistan Ermənistana “Pinaka” silah sistemlərinin tədarükünə hələ ötən ildən başlayıb. Hindistanın müdafiə mənbələri “Pinaka” reaktiv yaylım atəş sistemlərinin ilk partiyasının Ermənistana göndərildiyini açıqlamışdı.
Onların tədarükü ilə bağlı iki ölkə arasında təxminən 2-3 il əvvəl uzun danışıqlardan sonra müqavilə imzalanmışdı .Hindistan eyni vaxtda Ermənistana “Akaş” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin tədarükünə başlamışdı. Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir. Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş barədə məlumatlara istinad edir.
Bundan başqa, ötən il İrəvanda Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti vasitəsilə dörd “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunmuşdudu.
Əntiqə Rəşid
Digər Xəbərlər

Leyla və Arzu Əliyeva ICESCO-nun regional ofisinin açılışını etdilər - FOTOLAR

AQTA ilə Səudiyyə Ərəbistanının bu nazirliyi arasında memorandum imzalanıb

Naxçıvanda içməli su təminatı ilə bağlı icraçı qurumların yerləri dəyişdirilib

Rövşən Rzayev kollegiya iclası keçirdi - Tapşırıqlar verdi

“Azərsun Holdinq” mükafata layiq görüldü
jpg-1745917342.jpg)
Aİ üzvləri separatçıları həvəsləndirdi: Yeni "Evcik-evcik" oyunu

"Bölgələrə təyinat alan həkimlərin bir hissəsi təyinat yerlərinə gedib çıxmır" - Nazirlik rəsmisi
