"COP zamanı Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq"

COP zamanı digər mühüm nailiyyət karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət idi və bu, razılaşdırıla bilmirdi. Bununla bağlı razılıq məhz Azərbaycanda əldə olundu, bizim sədrliyimiz zamanı, bizə olan etimad sayəsində baş verdi.
Adalet.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
“Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımızda qoyulmuş vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, - yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, - bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib”, - deyə dövlətimizin başçısı əlavə edib.
Digər Xəbərlər

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub - YENİLƏNİB

Prezidentdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

İlham Əliyev bu sənədi təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Bu günün və gələcəyin strateji xəritəsi

İlham Əliyev Çin səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO
