Daha 20 ailə doğma yurda qayıtdı - FOTOLAR

Aprelin 11-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə köçürülən 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər. Həsənriz kəndində daimi yaşayış üçün köçürülən ailələrə bərpa edilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
Digər Xəbərlər

Bəzi ərazilərə qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Zabuxun yeni görkəmi - VİDEO

Növbəti iki gündə Bakıda leysan yağacaq

Leyla Əliyevanın təşəbbüsü ilə ağaclara nömrəli etiketlər vuruldu - FOTOLAR

Leyla Əliyeva növbəti həyətin açılışını etdi - FOTOLAR

Azərbaycan “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində təmsil olunur - FOTOLAR

Bu usta tayfası ki, var...
