Daşkəsəndə silsilə oğurluqlar edənlər saxlanılıblar

Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar.
Adalet.az xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıblar.
Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub.
Bundan başqa digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M. Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə marixuana aşkarlanıb.
Araşdırma aparılır.
Digər Xəbərlər

""Humanitar dəhliz əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi" - Şahidlər danışdı

Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf etdi

Kartlardan 32 min manat oğurlandı

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi

Marketlərdən 54 min dəyərində naqil oğurlayanlar tutuldu

Vətəndaşların kartlarından daha 13 818 manat oğurlandı

Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
