Deputatlar QDİƏT PM-in tədbirində iştirak edəcəklər

Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin komitə iclasında iştirak edəcəklər.
Bu barədə Adalet.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova qatılacaq.
Deputatlar bu məqsədlə sabah Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində QDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak nəzərdə tutulub.
Digər Xəbərlər

Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

Antalyada Əliyev-Ərdoğan görüşü keçirilib - FOTO - YENİLƏNİB

Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və sülhün təminatçısı
