29 Noyabr 2024 15:37
543
GÜNDƏM

"Deputatlar tərəfindən çox sayda suallar qaldırılıb" - Nazir müavini

"Ölkəmiz gələn ilə çox yaxşı makroiqtisadi göstəricilər şəraitində daxil olmaqdadır. Ortaya çıxan suallar araşdırılır, vaxtında onlara müvafiq cavablar verilir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

"Bundan əvvəlki iclaslarda deputatlar tərəfindən çox sayda suallar qaldırılıb. Bu sulların hər biri İqtisadiyyat Nazirliyində qeydı alınıb, onlar araşdırılır, hər bir sual barəsində mövqeyimizi hazırlamışıq. Bunlar həmişə olduğu kimi insanlarımızın rifah halının yaxşılaşdırılması istiqamətindədir, müəyyən təkliflərlə bağlıdır. Bunların hər biri müsbət istiqamətdə həllini tapır", - deyə nazir müavini bildirib.