DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərlə bağlı məlumat yaydı

Aprelin 20-də Bakı şəhəri Xəzər (I zona), Sabunçu (I zona), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I zona), Gəncə (II zona), Mingəçevir, Lənkəran (II zona) şəhərlərində, Abşeron (I zona), Daşkəsən, Şəmkir (I zona), Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I zona), Masallı (I zona), Beyləqan, Füzuli, Zəngilan, Cəbrayıl, Göyçay, Ucar, Şamaxı, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I zona), Quba (I zona) rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Bu barədə Adalet.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər bu linkdən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Şagirdlər iş nömrəsini bu linkdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Digər Xəbərlər

Belə havalarda məktəblər distant təhsilə keçməlidir

Maksimum bal toplayan Bakı məktəbliləri

Bu abituriyentlər 300 bal topladı - SİYAHI

Buraxılış imtahanının nəticəsi - 20 nəfər maksimum bal topladı

Qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin NƏZƏRİNƏ!

Məktəb və bağçalarda təlim-tədris davam edəcək - RƏSMİ

36 məktəb direktoru işdən azad edilib
