DİN-dən bank kartları ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb. Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir.
Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına” dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir. Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxslə bölüşməyin.
Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!"
Digər Xəbərlər

DTX ordu ilə bağlı videoları yayan şəxsi istintaqa cəlb etdi

Mediasiya prosesinin başlanması ilə qayda dəyişir

İlham Əliyev Suqovuşanda məscidin açılışında

Hərbi vəzifəlilər atışlar icra etdilər - VİDEO

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
jpg-1742284533.jpg)
Qarabağda çərçənbə tonqalı "paradı": Yaddan çıxmaz Xocalı

Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir
