DİN-dən xəbərdarlıq: Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar

Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın”, - E.Hacıyev qeyd edib.
Digər Xəbərlər

Teleqram bu ölkə üçün yenilik etdi

Türkiyə öz mesajlaşma tətbiqini təqdim edəcək

"WhatsApp"da yeni funksiya sınaqdan keçirilir

"WhatsApp"da yeni FUNKSİYA

"TikTok" Azərbaycanda 1 milyon videonu silib

Dövlət Xidməti: Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
