Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Zərifə Əliyevanı yad ediblər - FOTOLAR

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümüdür.
Adalet.az xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elmi tarixinin mühüm bir mərhələsini təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Onun elmi irsi xalqın qürur mənbəyi olub, xatirəsi hər zaman hörmətlə anılacaqdır.
Digər Xəbərlər

Hərbçilərin maaşı ilə bağlı qərar verildi

Heydər məscidi ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edildi

Səhiyyə Nazirliyinin rəhbərliyi Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib - FOTOLAR

Azad edilmiş ərazilərdə daha 71 mina aşkarlanıb

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO

Voskanyanın "Pezeşkian" sancısı:"Bakının anti-erməni məqsədi olan Turan dəhlizi..."

Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
