19 Mart 2025 10:00
110
GÜNDƏM

DYP-dən hərəkət iştirakçılarına ÇAĞIRIŞ

Baş Dövlər Yol Polisi İdarəsi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə Adalet.az-a İdarədən məlumat verilib.

Müraciətdə yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.