Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTOLAR

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.
MEDİA-dan Adalet.az-a bildirilib ki, görüşdə Əhməd İsmayılov sözügedən proqramın könüllülərə təqdim etdiyi imkanlar, Agentlik tərəfindən media sahəsinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb. O, belə layihələrin jurnalistika ixtisasında təhsil alan və bu sahəyə marağı olan şəxslərin praktiki və nəzəri biliklərinin artırılması üçün önəmli olduğunu, həmçinin media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarının tətbiqinin stimullaşdırılmasına, peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini bildirib.
Sonda Ə.İsmayılov gənclərin inkişafı istiqamətində görülən tədbirlərin, onlar arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.
Üç ay davam edəcək “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında müzakirələr aparılıb, könüllülərin fikirləri dinlənilib, təklifləri nəzərə alınıb və proqramın məqsədlərinə uyğun istiqamətlər müəyyən olunub.
Digər Xəbərlər

"Konstitusiya və Suverenlik İli": Naxçıvanda məlumat sessiyası keçirildi - FOTO

Konstitusiya ilə bağlı media nümayəndələri üçün məlumat sessiyası keçirilib - FOTOLAR

Media nümayəndələri üçün seminar keçirildi - FOTOLAR
