"Ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi" -İlham Əliyev
Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib.
“Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Digər Xəbərlər
09 Yanvar 2025 16:30
"Azadlıqdan məhrum olunan fermerin ailə üzvlərinin iddiaları əsassızdır" - DİN
09 Yanvar 2025 15:08AZAL təyyarəsinin qəzasının araşdırılması üçün öz resurslarını təqdim etməyə hazırdır
09 Yanvar 2025 11:55Səfərbərlik Xidmətinin 249 əməkdaşı cəzalandırıb
09 Yanvar 2025 10:35Güney Azərbaycandan Amuliyə layiqli cavab: İlham Əliyev və Ərdoğanın şəkilləri divarlara vuruldu
08 Yanvar 2025 20:36