Əli Əsədov Somalinin XİN rəhbəri ilə görüşdü

Azərbaycan Baş naziri Əli Əsədov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Somali ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.
İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.
Görüş zamanı Azərbaycanla Somali arasında sərmayə qoyuluşu, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Digər Xəbərlər

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Ceyhun Bayramov Saja Farooqu qəbul edib

İlham Əliyevdən 2 milyon manatlıq SƏRƏNCAM

Ceyhun Bayramov çex həmkarı ilə müzakirə apardı

Cenevrədə Qadın Parlament Sədrlərinin Sammiti keçirilib, Milli Məclisin sədri çıxış edib

Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı olub
