06 Avqust 2025 18:14
171
DÜNYA

Ərdoğan: 2002-ci ildən bu günə qədər 13 min 291 tarixi sənət əsəri Türkiyəyə qaytarılıb

2002-ci ildən bu günə qədər ümumilikdə 13 min 291 tarixi sənət əsərinin Türkiyəyə qaytarılması təmin olunub.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq arxeologiya simpoziumu çərçivəsində təşkil olunan "Arxeologiyanın qızıl dövrü" sərgisindəki çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyə həm quruda, həm də sualtı zonalarda aparılan tədqiqatlar üzrə dünya arxeologiyasında ön sırada qərarlaşıb:

"Mütəxəssislərimiz əvvəlcə ölkəmizi, sonra isə türk ayağının dəydiyi hər bir yeri qarış-qarış gəzərək mədəni irsimizi diqqətlə sənədləşdirəcəklər. 86 illik fasilədən sonra gerçək təyinatına qovuşdurduğumuz Ayasofya məscidini tarixinin ən əhatəli bərpa prosesinə cəlb etdik. 2002-ci ildən bu günə qədər ümumilikdə 13 min 291 tarixi sənət əsərinin Türkiyəyə qaytarılmasını təmin etdik"./report