Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.
Adalet.az xəbər verir ki, o, bu barədə İstanbulda çıxışı zamanı deyib.
“Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi”, - dövlət başçısı söyləyib.
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək.
Digər Xəbərlər

Peskov: Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır

Azərbaycanla sülhə nail olmağa çalışırıq - Xaçaturyan

İran ABŞ-a görə İsveçrəyə etiraz notası VERDİ
