Ərdoğan: Türkiyə bu sahədə qlobal aktora çevriləcək

Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "İstanbul Təbii Sərvətlər Zirvəsi"ndə deyib.
"Türkiyəni təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevirəcəyik.Yeni dövrdə ölkəmiz mədən sənayesi və enerji sektorlarında dünyanın dörd bir tərəfində yeni əməkdaşlıqlara imza atacaq, qlobal enerji təhlükəsizliyinə töhfə verəcək",-deyə Türkiyə Prezidenti qeyd edib.
O əlavə edib ki, Şırnak bölgəsində yerləşən Qabar dağında gündəlik neft hasilatı 81 min bareli keçib:
"Bu günə qədər Qabarda ümumi dəyəri iki milyard dollara çatan 26 milyon bareldən çox neft hasilatı həyata keçirilib. Bu fəaliyyətlər üçün 540 kilometr uzunluğunda yeni yollar salınıb".
R.T.Ərdoğan Türkiyənin Qabarla bağlı hədəf kimi müəyyənləşdirilmiş gündəlik 100 min barel neft hasilatını qısa müddətdə reallaşdıracağını da vurğulayıb:
"Qabardakı işlərlə bərabər, günlük neft hasilatımız 2025-ci il mart ayının sonundan etibarən 135 min bareli keçərək yeni rekord qırıb".
Digər Xəbərlər

Serbiyadan Vuçiçin hədələnməsi ilə bağlı AÇIQLAMA

ABŞ 2026-cı ildə hərbi xərclərini 1,01 trilyon dollara çatdırmağı planlaşdırır

Təbii qazı Xəzərin dibi ilə idxal edəcəyik - Ərdoğan
