Erməni vandalizmi: Rusiya və Sovet höküməti tarixində ilk metro terroru - 48
"Yer üzünün əhriməni" adlandırılan hayların dinc insanlara qarşı törətdiyi növbəti vandalizmdən 48 il ötür.
Adalet.az xəbər verir ki, sovet hökümətinin “kəsakəs” vaxtı - 1977-ci il yanvarın 8-də Moskva metrosunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə törədilən qanlı terror hadisəsini erməni terrorçularının planladığı və reallaşdırdığı təsdiqləndi. “İzmayılov” və “1 May” stansiyaları arasında baş verən partlayışda 7 nəfər (qeyri-rəsmi məlumatlarda ölü sayının 29 nəfər olduğu deyilir) həlak olur, 40-a yaxın insan yaralanır. Hadisənin şokundan çıxa bilməyən şahidlərdən biri də partlayan qatarın maşinisti Vladimir Dmitriev idi. O, mediaya açıqlamasında söyləyir ki, vaqondan qaçaraq çıxdım:"Yerdə çoxlu qan təbəqəsi var idi, səpələnmiş əşyalar, şikəst insanlar, qan, iniltilər. 12-13 yaşlı uşaq qara idman kostyumunda xizəkdə uzanmışdı - Qadın qanlı əllərini yelləyirdi. Baxmaq qorxulu idi..."
Bundan sonra şəhərin müxtəlif hissələrində Bauman rayonundakı 15 saylı mağaza və oktyabr küçəsində 3 terror aktı həyata keçirildi. Sovet rəhbərliyini şoka salan bu terror aktları həmin dövr üçün heç də adi hadisə kimi qarşılanmırdı.
Terrorun təşkilatçısı Stepan Zatikyan "Ermənistan Vahid Milli Partiyası"nın rəhbərlərindən biri olub. Yerevana qaçarkən qatarda saxlanılan fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan Stepan Zatikyan həbs edilib. Məhkəmə zamanı baş terrorçu, erməni Zatikyançıxış edərək özünə haqq qazandırmağa çalışır: “Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır”.
İstintaq məlumatlarından məlum olur ki, Zatikyan 1968-ci ildə sovet rejimi əleyhinə təbliğat apardığına görə həbs edilmişdi. 1972-ci ildə həbsxanadan çıxmış və fəhlə kimi fəaliyyətə başlamışdı. 1975-ci ildə sovet vətəndaşlığından çıxmaq üçün ərizə vermiş, lakin buna nail ola bilməmişdir. O, Ermənistanın Rusiyadan ayrılmasını təbliğ edirdi.
Həmin günlərdə sovet mediası yazırdı:"Moskva metrosunda 1977-ci ildə baş vermiş partlayış Zatikyanı yenidən məhkəmə kürsüsünə çıxardı. İstintaqa görə, metro partlayışına o, rəhbərlik edib. Partlayışı həyata keçirən erməni terrorçular - fəhlə Akop Stepanyan və rəssam Zaven Baqdasaryan əməliyyata rəhbərliyin Stepan Zatikyan tərəfindən edildiyini bildirmişdilər. Terrorçuların dediyinə görə, Zatikyan ruslara nifrət etdiyinə görə, onları təhdid edərək bu əmələ vadar edib".
Məhkəmə sonrası hər 3 terrorçu güllələnmişdi.
Qeyd edək ki, 2017-ci ildə Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmanın müəllifi, tarixçi alim Oleq Kuznetsov bu hadisə ilə bağlı təklif irəli sürdü. O, 1977-ci ilin yanvarın 8-də ermənilərin Moskvada törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırladı.
O. Kuznetsov petisiyada Rusiya Ali Məhkəməsi və Baş Prokurorluğundan ermənilərin 1977-ci il yanvarın 8-də Moskvada törətdiyi seriya terror aktları ilə bağlı cinayət işi materiallarının məxfilikdən çıxarılmasını xahiş etdi. Onun sözlərinə görə, bu addım, erməni terroru və məlum cinayət haqqında bütün tarixi həqiqətlərin ortaya çıxmasını mümkün edəcək. Təəssüf ki, Rusiyanın idarəedici orqanları və mühüm vəzifə daşıyıcıları ya erməni əsilli olması, ya da erməni lobbisinin çirkli pullarına aludə olduğu üçün Kuznetsovun bu təklifinin heç bir nəticəsi olmadı.
Əntiqə Rəşid