"Ermənistan bu prosesin bir hissəsi ola bilərdi" - Dövlət başçısı

Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi.
Adalet.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı əlavə edib: “Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.
Digər Xəbərlər

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub - YENİLƏNİB

Prezidentdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

İlham Əliyev bu sənədi təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Bu günün və gələcəyin strateji xəritəsi

İlham Əliyev Çin səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO
