Əxlaqsızlığa görə həbs edilən "molla" ilə bağlı AÇIQLAMA

"Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura olaraq bildiririk ki, sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Adalet.az xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov deyib. O bildirib ki, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan bir dini icmanın üzvüdür və dini fəaliyyətlə məşğul olmamışdır. Buna görə də onun din xadimi kimi təqdim olunması əsassızdır.
Xatırladaq ki,Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü B.Həsənovun (ad-soyad şərtidir) qonşuluqda yaşayan qohumu, ağır dərəcəli əqli geriliyi olan birinci qrup əlil, 1979-cu il təvəllüdlü S.Məmmədova qarşı xeyli müddət cinsi zorakılıq hərəkətləri etdiyi və bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi açılaraq həbs edildiyi bildirilirdi.
Digər Xəbərlər

"Zalların bər-bəzəyinə ayrılan diqqət mətbəxə yönəlməlidir" - AQTA rəsmisi

Yanğın təhlükəsi olan fabrikin fəaliyyəti dayandırıldı - VİDEO

Qənirə Ataşova və övladları ölümlə təhdid edildi

Prezidentdən ADSEA-nın tabeliyindəki xidmətlə bağlı FƏRMAN

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb

Azərbaycan Ordusunda ilk: Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb

Leyla Əliyeva "See Breeze"dən video paylaşdı
