21 May 2020 09:25
127686
RUBRİKA

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.

***

Mirmehdi Ağaoğlu:"Gürcülərdə "Saba" adlı ədəbiyyat mükafatıvar. 2003-cü ildə təsis olunub. Təxminən bizim "Qızıl Kəlmə"mükafatına bənzəyir, lakin bizimkindən fərqli olaraq onu Gürcüstanın MədəniyyətNazirliyi deyil, Mamuka Xazaradze adlı biznesmen təsis edib, ikincisi ədəbiyyatındemək olar bütün sahələrini əhatə edir, üçüncüsü hər il keçirilir, dördüncüsüisə təkcə bu il qaliblərin hər birinə 2 min dollar ödənilib.

Düşünürəm, əcəba bizdə niyə ədəbiyyat mükafatı təsis edəcəkbiznesmen yoxdur?Axı elə oğlanlarımız var ki, prinsipə dursa Gürcüstanı alar. O zaman niyə bir ədəbiyyatmükafatı təsir etmirlər və ya bir ədəbiyyat layihəsinə, jurnal çapına dəstəkolmurlar? Hə? Sonra yadıma bu yaxında xeyriyyəçilik edib on sutka həbs alanKamil Zeynallı düşür, susuram.

Sonrada bu il romanı Buker mükafatının qısa siyahısına düşmüş, mənimlə həmyaşıdgürcü yazıçısı Nino Harataşvili yadıma düşür.

Bu il keçdi, gələn il mütləq Buker alarlar gürcü bacılarımız vəqardaşlarımız. Sabahkı Qədr gecəsindən istəyəcəm.

Amma istəməsəm də, bilirəm, alacaqlar.

***

Fərid Hüseyn:""Minbir gecə" nağıllarının mahiyyətində həm də yazıçı-oxucu münasibətləridayanır. Çoxları deyir ki, Şəhrizadə yaxşı nağıl danışmasaydı şah onu öldürüləcəkdi,ona görə gözəl nağıl danışır. Məncə, məsələ başqadır: Şəhrizadə nağıllarınçoxunu uydurur, yəni düzüb-qoşur, yaradır, deməli, o, müəllifdir. Şah isə qulaqasır, deməli, dinləyici, yəni "oxucudur". Yazıçı (Şəhrizadə) yaşamaqistəyirsə, deməli, maraqlı danışmalıdır (yazmalıdır), əks təqdirdə oxucu (şah)onu öldürür (ozumur, onun nağılını dinləmir). Bugünkü yazıçı-oxucu münasibətləridə belə deyilmi?”

***

Şərif Ağayar:""Цaцal media" deyəndə nə olur ki? Adam intellektual olur? Yoxsa rusca bildiyixüsusi avantaj kimi hiss olunur? İndi ingilis aksentində danışanlara ironiyaedirlər e... rus aksenti çoxdan dəbdən düşüb. Niyə adam balası kimidanışmırlar? Özü də efirdən...

***

Rəşad Məcid:"Fəallığı ilə izləyicilərin marağınasəbəb olan sosial şəbəkə istifadəçiləri çoxdur. Son vaxtlar həm bir çoxmillət vəkilləri, həm də müxtəlif dövlət və hökumət struktutlarının təmsilçiləriöz fəaliyyətlərinin əhəmiyyətli hissəsini sosial şəbəkələr üzərindən qurmağabaşlayıblar. Rəsmi dövlət qurumu təmsilçiləri arasında mənim daha çox diqqətimicəkən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mətbuat xidmətinin rəhbəriFazil Talıbovdur. Çevikliyi, informasiyaları anındaca qabaqlamaq bacarığı, yeri gələndəincə sarkazmı, iti reaksiyası, hazırcavablığı izləyicilərdə özünə qarşı müsbətrəy formalaşdırır. Hətta ictimai rəyə təsir imkanı məhdud, az qala, heç kəsintanımadığı bir saytda, yaxud da hansısa Feysbuk profilində təmsil etdiyinazirliyin fəaliyyəti ilə bağlı yazılan irad və tənqidlərə operativ, səlis,tutarlı cavablar verməsi, çoxsaylı suallardan yorulub geri çəkilməməsi, bezməməsi,üzərinə düşən vəzifəni təmkinlə, soyuqqanlılıqla yerinə yetirməsi onun peşəkarlığından,insan kimi möhkəm xarakterindən , görülən işə inamından xəbər verir və izləyicilərdərəğbət doğurur.»

***

Oğuz Ayvaz:"Hətta müsbət hadisələr belə -universiteti bitirmək, evlənmək, yeni işə başlamaq depressiyaya gətirib çıxarabilir.”

***

Elşad Miri: "Din təkcə insanın inamı ilə əlaqəli dəyərlər sistemi deyil, insanın seçimini dəyişdirən həyat tərzidir.”

***

Vüsal Məmmədov: "Koronavirusa konspiroloji nöqteyi-nəzərdənyanaşmağın qəti əleyhinəyəm. Amma bunu qəbul edənlər üçün maraqlı bir qeydimvar. Bilirik ki, son onilliklərdə dünyada qlobalistlərlə antiqlobalistləringərgin mübarizəsi gedirdi. Üstünlük isə müəyyən fərqlərlə həmişə qlobalistlərintərəfində olub. Onların irili-xırdalı müxtəlif qlobal layihələri bir-birininardınca həyata keçirilir, dünya getdikcə bütövləşirdi. Amma indiantiqlobalistlər dəhşətli revanş götürdülər. Qlobalistlərin addım-addımqurduqları mexanizm hazırda vintləri ətrafa səpələnmiş vəziyyətdədir. Nəzərəalsaq ki, sənaye kapitalı da hər zaman qlobalistlərlə əl-ələ olub, bu,antiqlobalistlərlə maliyyə kapitalından ibarət duetin qələbəsidir. Əlavə edimki, ABŞ-da qlobalistlər düşərgəsinə əsasən neokonlar (Respublikaçılarpartiyasının yeni mühafizəkarlar fraksiyası, Tramp o fraksiyadan deyil) daxilidi - Obamaya qədər bütün dünyada siyasi musiqini məhz onlar sifariş edirdilər.

P.S. Çox xahişedirəm, bu posta "Koronavirus oyundur" məntiqilə yanaşmayasınız. Bu,sadəcə, Pandemiyaya geosiyasi bucaqdan baxışdır. Virus isə var və ondanqorunmaq vacibdir.

***

Səxavət Məmməd: "Bu gün qarşıma çıxan kiçik zibilqutularının hamısının içinə baxdım. Heç birinin içində tibbi maska görmədim.Apteklərdə də 3 ədədindən artığı satılmır. Günə isə 500 min maska istehsaledilir. Adam tanıyıram bir tibbi maskanı 1 aydan çoxdur istifadə edir. Əslindəqınamaq da olmur. Bir adamın əvvəl işə gedib-gəlişi (bir marşrut və ya birmetro hesablanmaqla) 60 qəpik edirdisə, hazırda təyinatına uyğun olaraq tibbimaskanı bir dəfə istifadə etməklə, bu məbləğ 1,20 manat edir. İxtisarların, özhesabına məzuniyyətlərin, maaş kəsintilərinin bu günündə bu məbləğ kifayətqədər böyükdür. Müdir işçidən kəsir, işçi maskadan. Beləcə pandemiyaya qarşımübarizə davam edir”

***

Zaur Əhməd: "Hər kəsin susduğuməqam, güzəştə getdiyi adam, görməzdən gəldiyi haqsızlıq var. Kimsə "mənimyoxdur" deyirsə, ən çox o susar...

***

ŞəhlaCabbarlı: "Türkiyədə bir həkim ekspertAzərbaycanı koronavirusla mübarizədə dünyanın ən başarılı 5 ölkəsindən birikimi təqdim etdi.Öz ölkəsini isə tənqid etdi. Kənardan qəşəng görünürük”


Sübhan Mahmudov