Fərid Osmanov: "Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ən aktual mövzulardan biridir"

Bu gün kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ən aktual mövzulardan biridir.
Adalet.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov rəhbərlik etdiyi qurumun Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzİntTelekom" MMC ilə birgə təşkil etdiyi "Media subyektləri üçün kibertəhlükəsizlik" mövzusunda seminar və təlimdə bildirib.
"Ölkəmizdə aktiv şəkildə rəqəmsallaşma prosesləri gedir. İnsan cəmiyyətinin, vətəndaş cəmiyyətinin, dövlətin və biznes xidmətlərinin rəqəmsallaşması aparılır. Bu da öz növbəsində fərdi məlumatların təhlükəsizliyinin təmin olunmasını, dezinformasiya ilə mübarizə və məlumatların qorunması istiqamətində fəaliyyətin daha aktiv, koordinasiyalı həyata keçirilməsini zəruri edir. Bu məsələdə mərkəzi nöqtələrdən biri media subyektləridir. Onların informasiya və kibertəhlükəsizlik sahəsində kifayət qədər məlumatlandırılması, bilik və bacarıqlara malik olması, təhlükəsiz infrastruktur qurması, qabaqlayıcı mexanizmlər və alətlər tətbiq etməsi vacibdir. Bu, insan kütləsi ilə kommunikasiya zamanı maarifləndirmə fikirlərinin effektiv şəkildə çatdırılmasına şərait yaradır. Hesab edirik ki, bu tədbirlər davamlı həyata keçiriləcək və sizlər də kifayət qədər faydalanacaqsınız",-deyə o qeyd edib.
Digər Xəbərlər

Elmir Vəlizadə: “Mediamız bədniyyətli qrupların da diqqət mərkəzindədir”

Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir - FOTOLAR

MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

MEDİA Özbəkistanın media nümayəndələri üçün təlim keçirib - FOTO

Hikmət Hacıyev media rəhbərləri ilə görüşdü - FOTOLAR

MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib - FOTOLAR

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi - FOTOLAR
