10 Yanvar 2025 17:33
88
DÜNYA

Fitso Ukraynaya ultimatum verdi

Slovakiyanın baş naziri Robert Fitso Rusiya qazının Ukraynanın qaz nəqli sistemi (GTS) vasitəsilə Avropaya tranzitinin dayandırılması səbəbindən Kiyevə maliyyə yardımını dayandırmaqla hədələyib.

Adalet.az xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.

Slovakiya Nazirlər Kabinetinin rəhbəri müvafiq ultimatumu parlamentin Avropa işləri üzrə komitəsinin iclasında çıxışı zamanı verib. Baş nazir vurğulayıb ki, qaz problemi yaxın gələcəkdə həll olunmazsa, Bratislava “Avropa İttifaqının Ukraynaya daha 50 milyard avro göndərilməsi qərarına veto qoymağa” hazır olacaq .