26 Noyabr 2024 16:02
684
İQTİSADİYYAT

Gələn ilin büdcəsi birinci oxunuşdan keçdi

Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.

Adalet.az xəbər verir ki, iclasda müzakirələrdən sonra büdcə I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 316 000,0 min manat, xərcləri 41 367 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 520 952,0 min manat, yerli gəlirləri 795 048,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 567 265,0 min manat, yerli xərcləri 800 335,0 min manat) məbləğində müəyyən edilib.