Gələn ilin qeyri-iş günləri elan edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Adalet.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mart – Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
20, 21 mart -– Ramazan bayramı;
9 May -– Faşizm üzərində Qələbə günü;
27, 28 may – Qurban bayramı;
28 May – Müstəqillik Günü;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr – Zəfər Günü;
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir.
2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan 3-ü üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.
Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının "İstehsalat təqvimləri" altbölməsində (https://sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) yerləşdirilib.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

