GTI bu siyahı ilə Azərbaycanı Avropaya yenidən tanıdır

Ənənəvi olaraq, “Global Terrorism Index 2025” (Qlobal Terrorizm İndeksi-GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralaması təqdim edilib.
Adalet.az xəbər verir ki, sıralamada Azərbaycanın yer alması ürəkaçan bir hal kimi dəyərləndirilib. Beləki, Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək mövqeyə sahiblənib.
Ötən il də QTİ -yə görə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi 141 ölkə arasında 18-ci yerdə qərarlaşdığı göstərilmişdi. Bildirilmişdi ki, QTİ dünya əhalisinin 99,7 faizinin məruz qaldığı terrorun təsirini təhlil edən hərtərəfli araşdırmadır. Burada terror hadisələrinin və ölüm hallarının sayı, terrorla mübarizə, terrorla bağlı aparılan araşdırmaların effektivliyi və bir çox digər göstəricilər nəzərə alınır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Azərbaycan şəhərlərinin raketlə vurulmasına Paşinyan razılıq verib

"Binokllar və digər ləvazimatları Amerikadan gətirmişdilər" - Mnatsakanyan

Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...

Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər? - AÇIQLAMA

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqləndi

DİN əməkdaşlarının maaşları ilə bağlı YENİ QƏRAR

Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
