Gülzar Vahabzadə: “Bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi”
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmuş “Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair Tədbirlər Planı” çərçivəsində Heydər Əliyev Sarayında tədbir keçirilib.
Xalq şairi Bəxtiyar Vahabzadənin qızı Gülzar Vahabzadə Adalet.az-a açıqlamasında tədbirin çox yüksək səviyyədə keçirildiyini söyləyib:
“Tədbir çox gözəl keçirildi. Hiss olunurdu ki, tədbiri yüksək səviyyəli mütəxəssislər hazırlayıblar. Şeirləri seçənlərin yüksək bədii zövqü var. Həmin şeirlərə uyğun musiqi və hər ikisinə uyğun olan arxa plandakı fon möhtəşəm bir harmoniya yaradırdı. Şeirləri ifa edən aktyorlarımız şairin nə demək istədiyini tamaşaçıya çatdıra bildilər. Onu da qeyd etmək istəyirəm ki, tamaşaçılar da şeirlərin bir çoxunu əzbər bilirdilər və qiraətçilərlə birlikdə təkrarlayırdılar. Bunu mənə arxa sıralarda oturanlar dedilər”.
G.Vahabzadə tədbirdə şeir söyləyən qiraətçilərin ifasını və fortepiano ifaçısının mükəmməl müşaətini xüsusi qeyd edib:
“Əməkdar artist Elşən Rüstəmovun və qiraətçi Xəzər Süleymanlının səslərindəki titrəyişlər onların necə ürəkdən və şeirlərə uyğun duyğularla söylədiklərini göstərirdi. Xalq artisti Mehriban Zəkinin və aktirsa Sabirə Abdullayevanın yerinə görə bəzən qadınlıq işvəsi ilə, bəzən şıltaqcasına, çox vaxt da böyük bir ciddiyyətlə şeirlərin məğzini tamaşaçıya çatdıra bildilər. Şeirlərin fonunda çalınan musiqi və musiqiçilərimizin ifa tərzi ifaçılıq sənətindəki yüksək mədəniyyəti mümayiş etdirdi. Fortepiano ifaçısını isə xüsusi olaraq qeyd etmək istəyirəm. Bu ifaçı məni valeh etdi. Onun ifası ən yüksək təqdirə layiqdir. Xalqın sevimlisi olan müğənnilərimiz də həmişəki kimi yüksək səviyyədə oxuyurdular. Bu, mənim tədbirdən aldığım təəssüratın bir tərəfidir. Digər tərəfi isə hisslərimlə bağlıdır. Görürdüm ki, bütün iştirakçıların üzlərində heç bir gərginlik yoxdur, əksinə bir rahatlıq, sərbəstlik var. Sanki səhnədə yox, evlərində imiş kimi davranırdılar. Heyrətə gəldim. Və başa düşdüm ki, belə davranış yalnız sevgidən irəli gələ bilər. Bu səmimiyyət şeirlərini ifa etdikləri, mahnılarını oxuduqları şairə olan böyük sevgidən qaynaqlanırdı. Şairin özünün dediyi kimi, nifrəti gizlətmək olar, sevgini isə gizlətmək heç mümkün deyil. Və bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi. Belə bir tədbiri təşkil etdiyinə görə Mədəniyyət Nazirliyinə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Səhnədə iştirak edən və səhnə arxasında zəhmət çəkən hər kəsə minnətdaram. Tamaşaçılara isə öz təşəkkürümü bildirirəm. Atamın xatirəsinə bəslədiyi bu böyük sevgiyə görə xalqımızın qarşısında baş əyirəm”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 10:36
“Ədəbiyyatımızda da qadına hörmət və mərhəmət motivləri geniş yayılıb...”
12 Dekabr 2025 19:18
Mətbuatın ən gözəl alın yazısı - Mehman Cavadoğlu
12 Dekabr 2025 12:51


Bakı -°C

