19 May 2020 09:04
127733
GÜNÜN LƏTİFƏSİ

GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıyapislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayanbir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydansonra müəllim də ölür.

İnkir-minkir müəllimisorğulayır, görürlər yaxşıadamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusuoturub stolun başında, böyür-başında daəyanları. Məmurun başında dadəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanıqatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdədə stolun başında oturmusan, yanında da əyanların, başında dadəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.