Hakan Fidan: Beynəlxalq sistemin yenidən qurulmasına töhfə vermək əzmindəyik

Türkiyənin xarici işlər naziri ölkəsinin ədalətli beynəlxalq sistemin yenidən qurulması məqsədinə töhfə vermək əzmində olduğunu bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün işə başlayan IV Antalya Diplomatiya Forumu ilə bağlı özünün "X" hesabında yazıb.
"Prezidentimizin himayəsi və nazirliyimizin təşkilatçılığı ilə keçirilən IV Antalya Diplomatiya Forumu (ADF2025) bu gün "Bölünmüş Dünyada Diplomatiyanı Qucaqlamaq" ana mövzusu ilə başlayıb. Forum çərçivəsində artan geosiyasi gərginlikdən qlobal bərabərsizliklərə, mülki şəxsləri hədəfə alan hücumlardan texnoloji transformasiyanın yaratdığı qeyri-müəyyənliklərə və iqlim böhranının çoxölçülü təsirlərinə qədər bir çox mühüm məsələ konstruktiv və əhatəli diplomatiya alətləri vasitəsilə həll ediləcək. Parçalanmış dünyamızda diplomatiyanı mənimsəməyə və onu effektiv şəkildə idarə etməyə həmişəkindən daha çox ehtiyacımız var", - o qeyd edib.
Türkiyəli nazir Forumun bütün bəşəriyyət üçün faydalı olacağına ümidini ifadə edib.
Digər Xəbərlər

Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı

İrəvan rus kanallarının yayımının məhdudlaşdırmaq istəyir

Paşinyan yenə Putini "vurdu":"Təcavüzçü"

"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" - İran XİN rəhbəri

"Rusiya-İran münasibətləri bütün dünyaya bir siqnaldır" - Əraqçi

Putin Xameniyə məktub göndərib

Zelenskiyə "faiz" iradı tutan Trampın düşən reytinqi: Ən çox qadınlar...
