"Hesab edirdim ki, döyüş meydanında qisas alacağıq" - Dövlət başçısı

Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.
“Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik”, - deyən dövlətimizin başçısı müharibənin bütün beynəlxalq qaydalara uyğun olaraq aparıldığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini vurğulayıb.
Digər Xəbərlər

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub - YENİLƏNİB

Prezidentdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

İlham Əliyev bu sənədi təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Bu günün və gələcəyin strateji xəritəsi

İlham Əliyev Çin səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO
