Hikmət Hacıyevin adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan saxta açıqlama yayılıb.
Adalet.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının görüntüsünü imitasiya edərək hazırlanmış və uydurma iddiaların yer aldığı bu açıqlama ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.
"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - qeyd olunub.
Digər Xəbərlər

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

"Ədalət" qəzetinin iki əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

MEDİA "fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

Daxili işlər naziri adından saxta açıqlama yayılıb

Günay Əfəndiyeva: “İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu, “Molla Nəsrəddin”in cəsarətli sözü...”

Prezident media nümayəndələrini təbrik edib
