İcmanın müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Xəbər verdiyimiz kimi, 1 mart 2025-ci ildə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
İcmadan Adalet.az-a verilən məlumata görə, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi.
Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilmişdi.
Sözügedən müraciət BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.
Qərbi Azərbaycan İcması geri qayıdış hüququnun təşviqi və bu müstəvidə humanitar məsələlərin işıqlandırılması istiqamətində səylərini davam etdirir.
Digər Xəbərlər
jpg-1744972874.jpg)
Erməni deputatın "artsax əsgərləri" ilə bağlı ittihamı erməniləri niyə incidir?

Səhiyyə Nazirliyindən adı siyahıya daxil edilməyən plastik cərrahlarla bağlı AÇIQLAMA

İcra başçısı Vaqif Həsənovun növbəti səyyar qəbul-görüşü keçirilib - FOTOLAR
