İlham Əliyev:İkinci dünya savaşından sonra Azərbaycan qədər...

İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”.
Digər Xəbərlər

Azərbaycan qarşıya qoyulan inkişaf yolundadır

İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - YENİLƏNİB + FOTO

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqləndi

Hikmət Hacıyev isveçli analitiklərlə Ermənistanla normallaşma prosesini müzakirə etdi

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

""Dəmir yumruq"la başlarını əzdik, indi bayramları burada qeyd edirik" - Prezident

Prezident onları təltif etdi - SİYAHI
