20 Mart 2025 16:07
369
DÜNYA

"İran tezliklə Trampın məktubuna cavab verəcək" - Nazir

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneiyə məktubuna tezliklə cavab göndərəcək. 

Adalet.az  xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Artan təzyiq, təhdid və sanksiyalar şəraitində biz mütləq birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır.​ Biz yaxın günlərdə Trampın məktubuna cavab verəcəyik və onu müvafiq kanallar vasitəsilə göndərəcəyik", - deyə nazir İran dövlət televiziyası və radiosunda açıqlayıb.