"Jalə" ticarət mərkəzindəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
09:35
Sumqayıt şəhərində ticarət obyektində baş vermiş yanğın FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılıb"
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
09:17
Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.
Adalet.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Digər Xəbərlər

Polis suda batan "Lexus" sürücüsünü xilas etdi - VİDEO

Ağsuda ekskavatorun aşması nəticəsində ölən şəxs sahə rəisi imiş - VİDEO - YENİLƏNİB

Azərbaycanda tələbə vəfat edib

"Sədərək" Ticarət Mərkəzini su basdı - VİDEO

Bakıda körpələr evində yanğın

Köməksiz vəziyyətdə qalan 20 nəfər təxliyə edildi - VİDEO - YENİLƏNİB

Güclü yağışın yaratdığı fəsadlar aradan qaldırılır - VİDEO
