Kamran Əliyev: Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxsin məsuliyyətə cəlb edilib

Bu gün Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.
Adalet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işləri ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.
Digər Xəbərlər

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edildi

Azər Zahidin həbs müddəti uzadıldı

Əməliyyat zamanı canlı yayım açmaq istəyən həkimlərə xəbərdarlıq edildi

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: "Anaları döşək qarışıq bayıra çıxarırdıq"

Baş Prokurorluq bloger Rəfail Piriyevi istintaqa çağırdı

Bu məhkəmələrə yeni hakimlər təyin olunub

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edilib
