“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka 30 dekabr tarixinədək 10 gün müddətində davam edəcək.
Adalet.az xəbər verir ki, yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.
Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxaracaq. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər.
Qeyd edək ki, fermerlər yarmarkada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında fəaliyyət göstərir.
Digər Xəbərlər
19 Dekabr 2025 10:06
Füzulidə Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış konserti keçirilib
18 Dekabr 2025 18:32
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
18 Dekabr 2025 10:28
Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı - VİDEO
17 Dekabr 2025 16:09
"Ataların 14 günlük məzuniyyəti maddi rifah üçündür" - Şöbə müdiri
17 Dekabr 2025 15:48
Bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilib? - RƏSMİ CAVAB
16 Dekabr 2025 19:41
FHN-in yaranmasının 20 illiyi qeyd olundu - VİDEO + FOTOLAR
16 Dekabr 2025 19:22
Çevik Polis Alayı xalqımıza şərəflə xidmət edir...
16 Dekabr 2025 15:03


Bakı -°C

