Kobaxidze: Avropa İttifaqı ilə münasibətlərdə yaşanan problemlər...

Avropa İttifaqı ilə münasibətlərdə yaşanan problemlər ciddidir, ünsiyyət məhduddur, bütün sərt qərarlar Avropa rəsmiləri tərəfindən verilib.
Adalet.az Report-a istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu barədə ölkənin İctimai televiziyaya müsahibəsində danışıb.
“Biz kiçik dövlətik, amma eyni zamanda ləyaqətli dövlət və hakimiyyətik. Əgər ölkəmizə qarşı ədalətli münasibət sərgilənərsə, biz dialoqa tam açığıq”, – deyə İ.Kobaxidze vurğulayıb.
Baş nazir Aİ-nin Gürcüstandakı səfirinin ölkənin daxili işlərinə qarışdığını iddia edərək bildirib ki, xarici işlər naziri Maka Boçorişvili buna baxmayaraq səfirlə dialoq qurmağa çalışıb.
“Bütün bu kobud müdaxilələrə, seçki prinsiplərinin və Vyana Konvensiyasının pozulmasına baxmayaraq, xarici işlər nazirimiz Avropa İttifaqının səfiri ilə görüş tələb etdi və Gürcüstan-Aİ münasibətlərini müzakirə etdi. Bu, bizim açıq dialoqa hazır olduğumuzu göstərir”, – o əlavə edib.
Bununla yanaşı, İ.Kobaxidze qeyd edib ki, Gürcüstan Aİ ilə imzalanmış Assosiasiya Sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməkdə davam edir. Lakin o vurğulayıb ki, “kollektiv müxalifətə” Mərkəzi Seçki Komissiyasının güzəştə gedilməsi” kimi tələblər qəbul edilə bilməz.
“Biz real və sağlam islahatlar həyata keçiririk. Seçki sistemini radikal müxalifətə güzəştə getməyəcəyik, amma islahatlar davam edəcək”, – deyə baş nazir bildirib.
Digər Xəbərlər

İstanbuldakı aksiyalarda 6 polis yaralanıb

Hakan Fidan: ABŞ-nin Suriyadakı hərbi mövcudluğu Tramp üçün prioritet deyil

"Bu, ikiüzlülüyün zirvəsidir" - Ərdoğandan İmamoğlu ilə bağlı ilk açıqlama

Rəsmi Moskva: ATƏT-in Minsk Qrupu bərpa edilə bilməz

Ermənistan rəsmisinin sensasion etirafı: Azərbaycanın iddiaları təsdiqləndi, gizlinlər üzə çıxdı

Sergey Şoyqu Ermənistana ciddi xəbərdarlıq edib

Zelenski bu ölkəyə səfərini təxirə saldı
