02 May 2025 09:43
164
İDMAN

Konfrans Liqası: "Çelsi" İsveçdə, "Betis" doğma meydanda qələbə qazandı

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.

Adalet.az xəbər verir ki, İspaniyanın “Betis” komandası evdə İtaliyanın “Fiorentina” klubunu 2:1 məğlub edib.

İsveç təmsilçisi “Yurqorden” isə doğma meydanda İngiltərənin “Çelsi” kollektivinə 1:4 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası

Yarımfinal, ilk oyun

“Betis” (İspaniya) - “Fiorentina” (İtaliya) - 2:1

“Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:4

Qeyd edək ki, bu raundun cavab oyunları mayın 8-də təşkil olunacaq.