18 Noyabr 2024 17:50
1557
MƏDƏNİYYƏT

Leyla Əliyeva ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti Dana Firas və ICCROM-un baş direktoru Aruna Francesca noyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrında "Manqurt" tamaşasını izləyiblər.

Mədəniyyət Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.

    Uzun illərdir teatrın repertuarda olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.

    Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.