Leyla Əliyeva Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.
Adalet.az xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.
Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.
Digər Xəbərlər

Eyni yerdə daha bir qanunsuz tikintinin qarşısı alındı

Novruz bayramında hava necə olacaq?

Prezidentin Suqovuşan sakinləri ilə görüşünün VİDEOSU

Prezident və xanımı Suqovuşan sakinlərinə evlərinin açarlarını təqdim etdilər - YENİLƏNİB + FOTOLAR

Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib - FOTOLAR

İlham Əliyev və xanımı Ağdərədə Novruz tonqalını alovlandırdılar - YENİLƏNİB + FOTOLAR

Leyla Əliyeva bayramı şəhid övladları ilə keçirdi - FOTOLAR
