"Long War Journal": " İran -Ermənistan birgə hərbi təlimi Azərbaycana qarşıdır"

“Norduz Azərbaycanın Naxçıvan bölgəsi, Ermənistan və İranın qovşağında yerləşir. Tehran 2022-ci ildə Azərbaycanla sərhədi yaxınlığında üçgünlük genişmiqyaslı hərbi təlim keçirdi və burada İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinin “Aşura” diviziyası İranı Azərbaycandan ayıran Araks çayı üzərində müvəqqəti körpü tikdi”.
Adalet.az xəbər verir ki, bu fikirlər ABŞ-ın uzunmüddətli münaqişə və müharibələri araşdıran hərbi jurnalı "Long War Journal"ın məlumatında yazılıb. Jurnal iddia edib ki, təlimlərin Azərbaycana qarşı yönəldiyi əks olunub. Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının əməliyyatlar üzrə komandirinin müavini Vəliola Mədəni bildirib ki, təlimlər sərhəd təhlükəsizliyini gücləndirmək və İranın qonşu ölkələrin ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır. Məqalədə qeyd olunub ki, İran Azərbaycanla mübarizədə Ermənistanı dəstəkləyir.
Qeyd edək ki, İranın Ermənistanla birgə aprelin 9-10-da hərbi təlimlər keçirməsi, hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak etməsi təlim bitdikdən sonra da ermənilərin ən çox müzakirə etdikləri mövzulardan biri olaraq qalır.
Xatırladaq ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliulla Mani İran və Ermənistan arasında sərhədyanı bölgədə keçirilən hərbi təlimlərin təhlükəsiz olduğunu desə də, ermənilər bu təlimi özlərinə sərf etdiyi şəkildə görürlər. Hətta erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov, hərbi ekspert Karen Hovhannisyan da İran- Ermənistan arasındakı hərbi təlimlərin Azərbaycana ünvanlanmış çox mühüm mesaj olduğunu vurğulayıblar.
P.S. Hamımıza məlumdur ki, rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu dəfələrlə vurğulayıb. Hətta İranın xarici işlər naziri Abbas Araqçı qeyd edib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. İran Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə mane olmağa çalışdığını dünya gündəminində diqqətindədir. . Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanı birləşdirəcək quru yolu Bakı Zəngəzur dəhlizi adlandırır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Mehriban Əliyeva və Leyla Əliyeva körpələr evində olublar - FOTOLAR

Gürcüstan Prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOLAR

Qala qəsəbəsində müntəzəm marşrutun hərəkət sxemi uzadıldı

Bəzi məhkəmələrə sədr və hakimlər təyin olundu - SƏRƏNCAM

Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olundu
jpg-1744712282.jpg)
Vatikandakı konfrasın "baykot"una, ermənilərlə birgə Əhməd Kazemi də qoşulur

İstilik verilişi daha bir neçə gün davam edəcək
