"Mahir ay brat" azadlığa buraxıldı

"Mahir ay brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev azadlığa buraxılıb.
Adalet.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə ona yenidən elektron qolbaq tətbiq edib və məhkəmə zalından azad edilib.
Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Bir qədər əvvəl M.Qonşuyev qaydaları pozduğu üçün barəsində olan azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib.
Digər Xəbərlər

Fikrət Cəfərli həbs edildi

Xaricdə yaşayan İmaməddin Əlimanovla bağlı hökm elan olunub

Məhkəmələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

Baş Prokuror bu idarəyə yeni rəis təyin etdi

Kamran Əliyevdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Kamran Əliyev: Yekaterinburq işi ilə bağlı faktlar Rusiya İstintaq Komitəsinə təqdim edilib

"İki gün meşədə qalandan sonra Ağdama gedə bildik" - Zərərçəkmiş
