Mahir Emreli "Nürnberq"dən ayrılacaq

Almaniyanın “Nürnberq” klubu bu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.
Adalet.az 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq. Tərəflər artıq bununla bağlı razılığa gəliblər.
Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı.
Digər Xəbərlər

Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırılıb - SƏBƏB

Misli Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

"Real" Alonso ilə razılaşdı - 3 illik müqavilə imzalanacaq
