27 Mart 2025 11:49
442
DÜNYA

Mark Rutte itkin düşən amerikalı hərbçilərdən danışdı

NATO-nun Baş katibi Mark Rutte Litvada keçirilən təlimlər zamanı 4 ABŞ hərbçisinin həlak olduğunu bildirib.

Adalet.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. O söyləyib ki, hadisə ilə bağlı təfərrüatlar bilinmir.

Rutte əlavə edib ki, baş verənlər dəhşətli xəbərdir. Agentlik Pentaqona istinadən qeyd edir ki, planlaşdırılmış təlimlər zamanı qəza baş verib. Bundan əvvəl ABŞ-ın Avropadakı Ordu Komandanlığı Litvada amerikalı hərbçilərin daşınması üçün istifadə edilən M88 zirehli maşınının su altında aşkar edildiyini açıqlamışdı.