MEDİA-da türkiyəli jurnalistlərlə görüş keçirildi - FOTOLAR
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi və Zəfər Günü münasibətilə Qarabağa və işğaldan azad olunmuş digər torpaqlara səfər etmiş Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərində fəaliyyət göstərən bir qrup media nümayəndəsi ilə Medianın İnkişafı Agentliyində görüş olub.
Adalet.az xəbər verir ki, Azərbaycanın bir sıra media subyektlərinin nümayəndələrinin də iştirak etdiyi görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Qarabağın işğal dövründə üzləşdiyi dağıntılar və hazırda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi barədə ətraflı məlumat verib. O vurğulayıb ki, bu gün Qarabağa həyatın qayıdışı Azərbaycan xalqı üçün həm qürur mənbəyi, həm də tarixi hadisədir. Natiq Məmmədli deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə şəhər və kəndlər sürətlə bərpa olunur, müasir yaşayış məntəqələri salınır, sosial infrastruktur yenidən qurulur, bölgənin dayanıqlı inkişafı təmin edilir və bu müstəsna prosesin mediada işıqlandırılması, dünya ictimaiyyətinə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Agentliyin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov çıxışında bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər təkcə media sahəsində deyil, bütün istiqamətlərdə ən yüksək səviyyəyə yüksəlib. O diqqətə çatdırıb ki, iki ölkə hər zaman bir-birinin yanında olub, bu həmrəyliyin təməlində sarsılmaz qardaşlıq və dostluq dayanır.
Türkiyədən olan media nümayəndələri Azərbaycana səfərləri çərçivəsində işğaldan azad olunmuş ərazilərə, o cümlədən Qarabağ bölgəsinə səfər etdiklərini, orada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Onlar Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdiklərini qeyd edərək, işğaldan azad olunmuş torpaqlarda qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq prosesini yüksək qiymətləndiriblər. Media nümayəndələri, həmçinin təmsil etdikləri informasiya resurslarında bu prosesin gedişi və əhəmiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə silsilə reportajlar və analitik materiallar hazırlayacaqlarını vurğulayıblar.
Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə arasında media əlaqələrinin daha da güclənməsinə, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.
Digər Xəbərlər
12 Dekabr 2025 16:52
MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
11 Dekabr 2025 11:17
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
09 Dekabr 2025 19:37
Tanınmış jurnalist Azərbaycan Dövlət Radiosuna rəhbər təyin edildi
09 Dekabr 2025 17:46
Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlimlərə başlanılıb - FOTOLAR
08 Dekabr 2025 15:19
AZƏRTAC-ın müxbiri “Persona-2025” nominasiyasının qalibi olub
08 Dekabr 2025 15:05
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
08 Dekabr 2025 14:40
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
05 Dekabr 2025 14:45


Bakı -°C

