MEDİA nazirlərin adından yayılan xəbərlərə aydınlıq gətirdi

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.
Qeyd edirik ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
Digər Xəbərlər

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

"Ədalət" qəzetinin iki əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

MEDİA "fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

Daxili işlər naziri adından saxta açıqlama yayılıb

Günay Əfəndiyeva: “İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu, “Molla Nəsrəddin”in cəsarətli sözü...”

Prezident media nümayəndələrini təbrik edib
