Məhkəmə üç tiktokerlə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalovun həbs müddəti uzadılıb.
Adalet.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti bir ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan "Vaqa" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
***
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Magerramoff" ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.
Bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti iki ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan "Magerramoff" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o Məhkəmənin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
***
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.
Bu barədə qərar Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti iki ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Vüqar Kərimova qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və o məhkəmənin qərarı ilə barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Digər Xəbərlər

Hacı Vəliyevin həbs müddəti uzadıldı

"Məqsədim milli proqram yaratmaq idi" - DTX-nin həbs etdiyi haker

Orduxan Bəbirov Baş Prokurorluğa çağırıldı

Əvəz Zeynallı bu tarixdə azadlığa buraxıla bilər

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edildi

Azər Zahidin həbs müddəti uzadıldı

Əməliyyat zamanı canlı yayım açmaq istəyən həkimlərə xəbərdarlıq edildi
